Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin tezliklə Rusiyadan külli miqdarda silah alacağını bildirib.

Unikal.org xəbər verir ki, alınacaq silahların içərisində onlarla döyüş təyyarəsi, helikopter və hava hücumundan müdafiə sistemləri olacaq. 

O, ölkəsinin "S-400" hava hücumundan müdafiə sistemini də ala biləcəyini vurğulayıb:

"S-400'ləri də ala bilərik. Onlara çox ehtiyacımız var". 

Ağarza Elçinoğlu