Britaniyanın “Times Higher Education” jurnalı dünyanın ən yaxşı universitetlərinin yeni siyahısını yayımlayıb

Unikal.org xəbər verir ki, jurnal siyahını hazırlayarkən təhsil müəssisələrinin dərc etdiyi elmi araşdırmaları, beynəlxalq əlaqə və mövqelərini, gəlirlərini və keçən ilki siyahıda sıralanması kimi 13 faktoru nəzərə alır.

Britaniyadakı Oksford Universiteti 6 ildir dünyanın ən yaxşı universiteti olaraq bu dəfə də siyahıya liderlik edib. ABŞ-ın Harvard, Stanford Universitetləri, Kaliforniya və Massaçusets Texnologiya İnstitutları ilk 5-likdə yer alıb.

Türkiyədən Çankaya və Sabancı Universitetləri dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmağı bacarıb.

Siyahıda ümumilikdə 99 ölkə və ya bölgə iştirak edib.