ABŞ-da yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son iki həftədə 14% artıb.
Unikal.org xəbər verir ki, bu barədə “New York Times” qəzeti tərəfindən hazırlanan hesabatda qeyd olunub.
Hesabatda bildirilib ki, son iki həftədə hər gün orta hesabla təxminən 160.000 amerikalı koronavirusa yoluxub.
Florida, Missuri və Luiziana kimi bir neçə bölgədə son günlər COVID-19-a yoluxanların sayında cüzi azalma qeydə alınıb. Ən çox yoluxanlar İndiana, Qərbi Virciniya və Cənubi Dakotada olub.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzinin məlumatlarına görə, 18 yaşdan yuxarı yetkin əhalinin 74.4% -nə ən azı bir doza, 63.6% -nə isə iki dozada vaksin vurulub.