Sentyabrın 18-də Kiprdə keçiriləcək Yıldız Tilbenin konserti ləğv edilib. 

Unikal.org xəbər verir ki,  buna səbəb  müğənninin koronavirus əleyhinə  vurulan peyvənddən imtiha etməsi olub. Belə  ki, koronavirus epidemiyasına qarşı görülən tədbirlər çərçivəsində, sentyabrın 6-dan etibarən konsertlərə və tədbirlərə gedəcək insanların vaksin və ya PCR testindən keçməsi məcburi hala gətirilib.

55 yaşlı müğənninində Covid-19 pasportu  olmadığına görə  konsert  planı ləğv edilib.

Gülayə Mecid