"Aşk mantık intikam" serialında rol alan aktyor İlhan Şən "Hakan Gence ile sıkı muhabbet" proqramına qonaq olub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor açıqlaması ilə hər kəsi təəccübləndirib:
"Hər zaman indi olduğu kimi gözəl geyinmirəm. Evde başqayam, çöldə başqa biriyəm. Hətta bir dəfə məni dilənçi bilib, əlimə pul verdilər".
Aktyor estetik əməliyyat etdirmisiz sualına isə belə cavab verib:
"Kəskin üz xəttlərim var, amma estetik əməliyyat etdirməmişəm. Qarşı deyiləm, normal baxıram".
Sənətçi eşq həyatında isə hər zaman məntiqi ilə hərəkət etdiyini, ancaq bəzən bunun mənfi tərəflərini də yaşadığını deyib.