Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Macarıstanın Debrecen Universiteti arasında ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Unikal.org xəbər verir ki,  anlaşma tərəflər arasında tələbə mübadiləsi, akademik və layihə əməkdaşlığını genişləndirməyi nəzərdə tutur.

Adıkeçən universitet üç təhsil dərəcəsi səviyyəsində-Mühəndisliyin müxtəlif sahələri, Biznes, Kənd Təsərrüfatı ilə əlaqəli sahələr, Tibb elmləri, Humanitar, Sosial və Dəqiq elmlər üzrə ixtisaslaşıb. 

Macarıstan Debrecen Universiteti ölkənin ən qədim ali təhsil ocağı statusunda 1538-ci ildən fasiləsiz fəaliyyət göstərir. Debrecen Universitetinin kitab ehtiyat fondu 6 milyondan çoxdur.