Elmar Vəliyevin yıxıldığını “Unikal”a təsdiqlədilər
18:06 13-02-2013
İQTİSADİYYAT
Məlum olduğu kimi, Gəncənin icra başçısı Elmar Vəliyevin dünən prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdan dərhal sonra xəstəxanaya aparıldığı barədə məlumat yayılmışdı.
Məlumatda bildirilirdi ki, müşavirədən sonra zalı tərk edən zaman Elmar Vəliyev qəfildən müvazinətini itirərək yıxılıb: «Dərhal yaxınlıqdakı həmkarları onu qaldırmağa çalışıblar. Lakin vəziyyətin ciddiliyi nəzərə alınaraq. Təcili yardıma zəng vurulub. Həkimlərin yerində müdaxiləsi nəticə vermədiyindən Elmar Vəliyev təcili yardımla xəstəxanaya qaldırıldı».
Bu gün isə məsələ ilə bağlı APA-ya açıqlama verən Elmar Vəliyev bu məlumatları təkzib edərək, belə bir hadisənin olmadığını bildirdi. İcra başçısı dedi ki, barəsində yayılan məlumatlar doğru deyil: “Bir balaca qripəm, hamı qrip ola bilər. Lakin bu, səhhətimdə hər hansı ciddi problem yaratmayıb, mən müalicə üçün harasa müraciət etməmişəm. Mənim üçün ora təcilli yardım da çağırılmayıb. Hazırda iş başındayam və işləyirəm. Dövlətimizə, xalqımıza, millətimizə xidmət eləyirik. Xidmətimiz də göz qabağındadır. Kim narahatdırsa, ancaq özü üçün narahat olsun”.
Lakin “Unikal.org”a daxil olan məlumatlar bunun tam əksini deyir. Bu barədə dünənki konfransda iştirak edən icra başçılarından biri redaksiyamıza məlumatı təsdiqləyib. İcra başçısı bildirib ki, həqiqətən də belə bir hadisə baş verib. Onun sözlərinə görə, konfrans bitdikdən sonra Elmar Vəliyev huşunu itirərək, yerə yıxılıb və dərhal da xəstəxanalardan birinə aparılıb.
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53