Sanksiyalar götürülməyənə qədər Belarus Qərblə danışığa getməyəcək.

Unikal.org xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Bu beyinsiz sanksiyalar və xalqımızın alçaldılması aradan qaldırılmayana qədər onlarla danışmayacağıq. Bağışlayın məni, döyülmüş it kimi hər xırda şeylərlə - idman, mədəniyyət, bütün istiqamətdə gəlirlər", - Lukaşenko bildirib.