“Kapital Bank” hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara ölkədə həyata keçirilən layihələrdə iştirak etmək üçün “Sürətli tender” məhsulunu təklif edir.
Bankdan Unikal.org-a verilən məlumata görə, artıq bu məhsul üzrə banka müraciət edənlərə maksimal olaraq 100 000 manatadək limit təklif olunur.
Bununla da hüquqi şəxslər və sahibkarlar bank qarantiyası vermək üçün nəzərdə tutulan onlayn sürətli tender limitini həmin gün əldə edərək planlaşdırdıqları layihədə iştirak edə bilərlər.
“Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: maliyyə təhlili və skorinq yoxdur; bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmiləşdirilir; limit rəsmiləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0% təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir.
Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Müştəri profili vasitəsilə məhsullarla bağlı məlumatlarla yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı vardır. Qeyd edək ki, “Sürətli tender” məhsulunu almaq istəyənlər qeyd edilən linkə - https://kbl.az/cbpcr və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.