Mərkəzi Bankın məlumatına görə, avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği iyul ayı ərzində 170,5 milyon manat artaraq 8 milyard 605,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, əmanətlərin 55,3 faizi milli, 44,7 faizi isə xarici valyutada qoyulub. Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 2 (2,04) manata, 100 türk lirəsinə 20,03 (21,28) manata, 100 rus rubluna 2,31 (2,29) manata bərabər olub.