Ermənistanın hüquq-mühafizə orqanları "Facebook" sosial şəbəkəsində ölkənin Baş naziri Nikol Paşinyanın fotosuna təhqiredici şərh yazan şəxsə cinayət işi açıb.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb.
Qeyd olunur ki, hazırda şərhin müəllifini müəyyən etmək istiqamətində tədbirlər görülür.
Cinayət işi “İctimai fəaliyyətinə görə şəxsi ağır təhqir etmək” maddəsi üzrə başlanıb.
Qeyd edək ki, Ermənistanın Cinayət Məcəlləsinə “Kobud təhqir” adlı yeni maddə əlavə olunub. Maddə 3 milyon dram cərimə və ya 3 aylıq azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.