İranın Sistan və Bəlucistan əyalətinin Deleqan şəhərinin başçısı (icra başçısı) Həmid Heydərzehi qətlə yetirilib.

Unikal.org xəbər verir ki, bu barədə"Nurnews" saytı məlumat verib. 

Bilıdirilib ki, iranlı məmura sui-qəsd təşkil edən şəxslərin şəxsiyyəti məlum deyil. Sui-qəsdin hansı şəraitdə təşkil olunması və hadisənin təfərrüatları açıqlanmır.

Ağarzaa Elçinoğlu