Gürcüstanda son sutkada koronavirusa 1 653 yeni yoluxma halı təsdiqlənib, 2 646 nəfər müalicə olunaraq sağalıb, 47 pasiyent vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 602 065 nəfərdə aşkarlanıb. Onların 570 443-ü sağalıb, 8 711-i vəfat edib.
Bu günə olan aktiv xəstə sayı 22 885 nəfərdir.