Uruqvayın paytaxtı Montevideoda, Prezident binasının yerləşdiyi "Plaza Independencia" da (Azadlıq Meydanı) bir nəfər özünü yandırıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı şəxs binanın qarşısında üzərinə benzin töküb. Prezident tiqamətgahında olan polis və xilasetmə qrupları hadisə yerinə gələrək şəxsi sakitləşdirməyə çalışıb. Lakin o, bunlara məhəl qoymayaraq, özünü yandırıb.
Polislər onu yanğınsöndürmə vasitəsi ilə söndürüblər. Şəxsin yanma anı ərazidəki müşahidə kameralarına anbaan əks olunub. Ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılan şəxsin bədəninin 80 faizinin yandığını söylənilib.
Onun hansı səbəbdən bu əməli törətdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.