"Bu ilin yanvar-avqust aylarında özəl sektora dövlət dəstəyi çərçivəsində 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 milyon manat güzəştli kredit verilib".
Unikal.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Güzəştli kreditlərin 59,2%-i kənd təsərrüfatı, 24,2%-i sənaye məhsullarının istehsalı və emalı, 16,6%-i isə digər sahələrə verilib. Kreditlərin 97,5%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq", - deyə o, qeyd edib.