Bakıda silahla aptekə daxil olaraq quldurluq edən Abbasov Zöhrab Vaqif oğlunun cinayət işi üzrə istintaq yekunlaşıb.

Unikal.org-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən işə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.

Cinayət işində Quliyeva İnci Telman qızı, Sadıqova Sevinc Polad qızı və "Vita aptekləri" MMC zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Z.Abbasov "Vita" aptekə silahla daxil olaraq işçiləri hədələyib və kassadakı 1000 manat pulu götürürək hadisə yerindən qaçıb.

Murad İbrahimli