Bu gün Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsi keçirilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, sabiq icra başçısı Şəki Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Məhkəmə bir müddət öncə ev dustaqlığına buraxılan Q. Səmədovun bu iltizamını ləğv edib. Məhkəmənin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Q.Səmədov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Bir müddət öncə onun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib,barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

Orxan Həsənli