Sərt karantin rejimi yumşaldılıb, yoluxma sayı da günü-gündən azalır. Düzdür, məhərrəmlik ayında az sayda toylar olsa da, məhərrəmlikdən sonra toyların sayı çoxalır. Bəs toyların çox olması süni qiymət artımı yaradırmı? Süni qiymət artımının qarşısını necə almaq lazımdır?
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən millət vəkili, iqtisadçı Vüqar Bayramov deyir ki, sərt karantinlə bağlı tədbirlər yumşaldıldıqdan sonra ictimai iaşə və xidmət sektorunda, xüsusilə də şadlıq saraylarında qiymətlərin artmasını müşahidə edirik:
“Sahibkarların belə qiymət artımına getməsi arzuolunan deyil. Sahibkarlar tərəfindən süni qiymət artımı zamanı monitorinqlərin aparılması və bazar qanunları çərçivəsində tənzimlənməsi mümkündür. Bu istiqamətdə süni şəkildə artırılan qiymətlərin optimallaşdırılması çox vacibdir”.
Könül Oruc