Azərbaycanın Xarici İşlər Nazirliyi baş vermiş zəlzələ ilə bağlı Pakistana başsağlığı verib.

Unikal.org-un xəbərinə görə, başsağlığı ilə bağlı yazı nazirliyin rəsmi tviter səhifəsində paylaşılıb.

“Pakistanın Bəlucistan vilayətində zəlzələnin baş verməsi ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Təbii fəlakət qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tez bir zamanda sağalmasını arzulayırıq. Zəlzələnin fəsadlarının aradan qaldırılmasında qardaş Pakistan dövlətinin yanındayıq”, - paylaşımda deyilir.

Xatırladaq ki, gecə saatlarında Pakistan ərazisində 5,7 bal gücündə zəlzələ baş verib. Yerlatı təkanların episentri Kvetta şəhərindən 102 km şimal-şərqdə qeydə alınıb. Hadisə nəticəsində 20 nəfər ölüb, 300-dən çox insan zərər çəkib.