Oktyabrın 7-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Slovakiyaya rəsmi səfəri başlayıb.
Bu barədə Unikal.org-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri - Sadiq Qurbanov, Musa Quliyev, Zahid Oruc, Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Anar Məmmədov, deputatlardan Sədaqət Vəliyeva, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Oktyabrın 7-də Milli Məclisin Sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bratislava şəhərinin Beynəlxalq Aeroportunda ölkəmizin Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli və bu ölkənin rəsmi şəxsləri qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclis sədrinin Slovakiya Respublikasının Baş naziri, Milli Şuranın sədri, ölkənin xarici işlər naziri ilə görüşləri nəzərdə tutulub.
Səfər oktyabrın 9-da başa çatacaq.