Azərbaycan Xarici İşlər Nazirliyi Tatarıstanda təyyarə qəzası ilə bağlı Rusiya xalqına başsağlığı verib.

Unikal.org xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Tvitter” hesabında paylaşım edilib.
Xarici İşlər Nazirliyi təyyarə qəzasında paraşütçülərin həlak olması ilə bağlı Rusiya xalqına, ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyinin məlumatına əsasən, bu gün Tatarıstanda paraşütçülərin olduğu təyyarənin qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, 6 nəfər yaralanıb.