Naftalanda Naxçıvandan olan zabit bir iynənin qurbanı olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, əslən Naxçıvandan olan 1986-cı il təvəllüdlü Qasımov Daşqın Ədalət oğlu Naftalanda müvəqqəti olaraq yaşadığı evdə bu gün dünyasını dəyişib.
Onun antibiotik iynə vurdurduqdan sonra halının pisləşdiyi və öldüyü bildirilir. Məlumata görə, ölən şəxs kapitan rütbəsi daşıyıb.
Faktla bağlı araşdırma aparılır.
E.Muradlı