Ev şəratində antibiotik təyini qətiyyən düzgün deyil. 

Bu sözləri Unikal.org-a açıqlamasında tibbi ekspert Adil Qeybulla bildirib.

O, deyib ki, evdə antibiotik vurulması zaman bəzi hallarda xəstə anofilaktik şokdan dünyasını dəyişir: “Belə halların qarşısını almaq üçün insanlar birmənalı şəkildə bilməlidirlər ki, antibiotik iynəsinin vurulması xəstəxanada stasionar şəraitdə həyata keçirilməlidir”. 

Ekspert bildirib ki, antibiotiklərin tətbiqi zamanı xəstələrdə anamnez toplanması şərtdir, xəstənin allergik reaksiyası var, ya yox: “Düzdür, sovet təcrübəsində xəstəyə antibiotikdən əvvəl dəri içinə sınaq qoyulur və 10-15 dəqiqə yoxlanılırdı. Əgər reaksiya varsa, iynə dayandırılır, yoxdursa vurulurdu. Amma dünya təcrübəsi göstərir ki, xəstə bu sınaqdan da anofilaktik şoka düşə bilər”. 

Ekspert qeyd etdi ki, Amerikada, yaxud Almaniyada evdə antibiotik vurulması halına rast gələ bilməzsiniz. 

Könül Oruc