Xəbər verdiyimiz kimi, ötən gün 19 yaşlı Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub. Qəza nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb. M.Əzizovun qardaşı isə onun ikinci kurs tələbəsi olduğunu və qəzanı törədən zaman dərsə tələsdiyini deyib.
Sözügedən məsələ ilə bağlı Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Unikal.org-a açıqlamasında qəzanı törədən şəxsin tələbə olmadığını bildirib:
"Universitet tələbəsi yük maşını sürər?! Bütün bu yazılanları biz şərh etməli deyilik ki?! O, sadəcə sürücü olub. Universitet tələbəsi olmayıb. Böyük yük avtomobili sürən şəxs adətən tələbə olmur axı. Tələbə həmin vaxt dərsdə olar".
Murad İbrahimli