Pakistanın Pəncab əyalətinin Lahor şəhərində "Təhrik-i-Ləbbeyk" radikal qruplaşma üzvləri ilə toqquşma zamanı 3 polis əməkdaşı ölüb, daha bir neçəsi isə yaralanıb.

Unikal.org xəbər verir ki, ölən polislərdən ikisinin şəxsiyyəti müəyyənləşdirilib. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, etirazçılar asayiş keşikçilərinə qarşı daş, dəyənək və digər vasitələrdən istifadə ediblər.

Bildirilib ki, Pakistanda fəaliyyəti qadağan edilən "Təhrik-i-Ləbbeyk"in üzvləri təşkilatın rəhbəri Saad Hüseyn Rizvinin azad olunması tələbi ilə Lahordan paytaxt İslamabada getmək niyyətində idilər.