Türkiyənin İstanbul şəhərində Boğaziçi Universitetinin tələbələri icazəsiz aksiya keçiriblər.
Unikal.org "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, aksiyanın dağıdılması ilə bağlı çağırış edən təhlükəsizlik qüvvələrinə müqavimət göstərən 45 nəfər saxlanılıb.
Şübhəlilərin Polis Şöbəsindəki sorğuları davam edir.
Universitet Rektorluğundan bildirilib ki, bir qrup tələbə Rektorluq binasının qarşısındakı giriş-çıxışı bağlayaraq, qapının önündə çadır qurmaq istəyib.