Malayziya Kral Hərbi Hava Qüvvələri 18 ədəd yüngül qırıcı təyyarə almaq üçün 6 şirkətə təklif göndərib.

Unikal.org  xəbər verir ki, bu şirkətlər arasında Türkiyənin TUSAŞ şirkəti də yer alıb.

Əgər razılıq əldə olunsa, Türkiyə “Hürjet” yüngül qırıcılarını sata bilər.

Malayziyanın dövlət büdcəsindən qırıcılar üçün 961,6 milyon dollar pul ayırdığı deyilir. Bu büdcənin yarısının (480,8 milyon dollar) xam palma yağı və ya palma yağı məhsulları hesabına qarşılanması hədəflənir.