Mətbuatda tez-tez kobud səhvləri ilə gündəmə gələn ABŞ prezidenti Co Bayden, bu dəfə canlı yayımdakı mövqeyi ilə diqqət çəkib.
Unikal.org xəbər verir ki,daxili siyasət və iqtisadiyyat kimi mövzuların müzakirə edildiyi CNN-in təşkil etdiyi forumda aparıcının və ictimaiyyətin suallarını cavablandıran ABŞ prezidenti Baydenin atdığı addım sosial medianın gündəmini zəbt edib.
Aparıcı Anderson Kuper ABŞ-da inflyasiyanın dərəcəsi ilə bağlı sual verərkən, Bayden əllərini sıxıb və təxminən 15 saniyə səssiz dayanıb.
Sosial mediada yayılan görüntülərdən sonra istifadəçilər Baydenin nə edə biləcəyi ilə bağlı yumoristik təxminlər irəli sürüblər.
Gülayə Mecid