Lüksemburq hökuməti ev şəraitində fərdi istifadə məqsədi ilə çətənə (cannabis) əkməyə icazə verəcək.
Unikal.org xəbər verir ki, hər ailənin 4 çətənə kolu becərməsinə icazə veriləcək.
Daxili işlər və səhiyyə nazirliklərinin birgə bəyanatında göstərilir ki, məqsəd narkomaniya ilə əlaqədar cinayətkarlığın qarşısını almaqdır.
Lakin hazırda aşkar şəkildə marixuanadan istifadə cinayət sayılır. Lakin yeni qanunla bu maddənin 3 qramadək əldə edilməsi 145 avro cərimə ilə cəzalandırılacaq. Qanun layihəsinin 2022-ci ildə qəbul edilməsi gözlənilir.
Bununla belə, digər psixotrop maddələrdən istifadə ilə bağlı cəzalar dəyişmir.
Qeyd edək ki, Avropa ölkələri arasında marixuanadan istifadəyə icazə verən ilk ölkə İspaniyadır. Lüksemburqun yeni qanunvericiliyi də ispan modelinə əsaslanır.