"Artıq hamı keçirəcəyimiz 9 noyabr mitinqi haqqında danışır. Lakin biz hər zaman ayağa qalxmağa hazır olmalıyıq".
Unikal.org xəbər verir ki, bunu erməni deputat Qeqam Manukyan "Facebook" səhifəsində yazıb.
Artıq 9-10 noyabr tarixlərində kütləvi mitinq keçirilməsi barədə bələdiyyələrə müraciət ünvanlandığı bildirilib.
Deputat qeyd edib ki, bu yaxınlarda məhkəməsi keçiriləcək 10 nəfərdən biri onun oğludur. Onlar prokurorluğun qarşısında etiraz edərkən həbs edilib.