Rusiya Federasiyasının Kuron Laqonunda sərhəd xidmətinin əməkdaşları Rusiya sərhədini pozan Klaypeda vilayətinin merini və daha 2 nəfəri saxlayıblar.
Unikal.org xəbər verir ki, bu barədə Litvanın xarici işlər nazirinin mətbuat üzrə nümayəndəsi Vitauta Şmayzite-Kuleşene məlumat verib.
"Xarici İşlər Nazirliyində Rusiya tərəfində üç Litva vətəndaşının olması ilə bağlı məlumat var. Konsulluq xidmətimizin əməkdaşları vəziyyəti aydınlaşdırır", - o bildirib.
Litva tərəfinin verdiyi məlumata görə, saxlanılanlardan biri balıq tutmağı sevən Klaypeda vilayətinin meri Bronius Markauskasdır.
Litva sərhədçiləri də sərhədin göyərtəsində üç nəfərin olduğu Litva gəmisi tərəfindən pozulduğunu təsdiqləyib.
LRT-nin efirində çıxış edən Litvanın Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Qedrius Mişutis deyib ki, bu, yəqin ki, istəmədən baş verib. O qeyd edib ki, belə hadisələr ildə bir neçə dəfə baş verir. Sərhəd departamentinin nümayəndəsi bildirib ki, pozucular, bir qayda olaraq, inzibati cəza ilə yola salınırlar.