Tayvanın Yilan bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqat Mərkəzi məlumat yayıb.
Zəlzələnin dərinliyi 64,5 kilometr olub. Yeraltı təkanlar paytaxt Taybeydə də hiss edilib.
Zəlzələ ilə əlaqədar Taybeydə metro və bəzi ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Dağıntılar barədə məlumat daxil olmayıb.