Türkiyənin Kastamonu vilayətinin Bozqurd bölgəsini yenidən sel suları basıb.
Unikal.org xəbər verir ki, əraziyə yağan aramsız leysan Ezine çayında suyun səviyyəsinin qalxmasına səbəb olub.
Nəticədə Sınarcık, Yılmaz və Cümhuriyyət küçələri keçilməz hala gəlib.
Fövqəladə Halların İdarəolunması Xidmətinin əməkdaşları bölgədə leysanın yaratdığı fəsadları aradan qaldırmaq üçün tədbirlər görməyə başlayıb.
Xatırladaq ki, avqust ayında Bozqurd ilçəsində baş verən leysan yağışları çoxsaylı insan tələfatı ilə nəticələnən sel və daşqınlara səbəb olmuşdu.