Özbəkistanda yerli vaxtla saat 20:00-da prezident seçkiləri başa çatıb.
Unikal.org xəbər verir ki, ölkə üzrə 9 925 seçki məntəqəsi fəaliyyət göstərib. Bunda əlavə, ölkə xaricində 54 dairə və 380 mobil məntəqə də seçicilərin təşkil edilmişdir.
Özbəkistanın Mərkəzi Seçki Komissiyası seçicilərin siyahasına 19,9 milyon vətəndaşın adının salındığını bildirmişdir, bununla belə 400 mindən artıq seçici vaxtından əvvəl səsvermədə iştirak etmişdir. Bu proses oktyabrın 14-dən 20-dək davam edib. Seçici aktivliyi 70 %-dən artıq olub.
Seçkiləri beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, UNESCO, Şanxay Əməkdaşlıq Təşkilatı, habelə 41 ölkədən olan 268 nümayəndə izləyib.