Fransa Prezidenti Emmanuel Makronun Versaldakı iqamətgahı olan Lantern malikanəsi üzərində səmada 2 pilotsuz təyyarə görüntülənib.

Unikal.org "Le Parisien" qəzetinə istinadən xəbər verir ki, həmin vaxt Makron iqamətgahda olub.

Məlumata görə, insident dünən yerli vaxtla saat 22:00-dan sonra baş verib. Pilotsuz təyyarələr qonşu Şene şəhəri istiqamətində itib. Jandarm təyyarənin kimə məxsus olduğunu müəyyən edə bilməyib.

Qeyd edək ki, bu, pilotsuz təyyarələrin Fransa prezidentinin ciddi mühafizə olunan iqamətgahının üzərində uçması ilə bağlı ilk hadisə deyil. 2020-ci ildə 22 yaşlı tələbə malikanənin yaxınlığında pilotsuz uçuş aparatını işə saldığı üçün polis tərəfindən həbs edilib. 

Xatırladaq ki, Fransa qanunlarına görə, bu ərazidə bütün uçuşlar qəti qadağandır.