Somalinin Quriel şəhərində ölkənin silahlı qüvvələri ilə hökumətə qarşı mübarizə aparan "Əhli əs-Sünnə val Camaa" adlı yarımhərbi qruplaşmanın yaraqlıları arasında baş verən toqquşmalar nəticəsində azı 30 nəfər ölüb.
Unikal.org xəbər verir ki, toqquşmalar zamanı 70-dən çox insan yaralanıb.
"Somalidəki toqquşmalar nəticəsində-red) Otuz nəfər həlak olub, yetmişdən çox insan yaralanıb. Somali silahlı qüvvələrinin nümayəndələrinin sözlərinə görə, ordu bir neçə nəfəri əsir götürə bilib", - deyə nəşr yazıb.
Qeyd olunub ki, bir tərəfdən Somalinin ordu birləşməsi və Qalmuduq bölgəsinin silahlı qüvvələri, digər tərəfdən isə “Əhli əs-Sünnə val Camaa” adlı yarımhərbi qruplaşmanın yaraqlıları Qurieldə döyüşlərdə iştirak edib, qarşıdurmalar ikinci gündür davam edir.
Oktyabrın əvvəlində "Radio Dalsan", "Əhli əs-Sünnə val Camaa"nın Somalinin mərkəzindəki 2 şəhəri ələ keçirdiyini xəbər verib. Silahlılar Quriel və Dusamareb şəhərlərini nəzarətə götürüblər.
Onu da deyək ki, Somalidə "Əhli əs-Sünnə val Camaa" yarımhərbi qruplaşması 1991-ci ildə yaradılıb. Qruplaşma "Aş Şabab" radikalçıları ilə əməkdaşlıq edir.