Türkiyədə Azərbaycan vətəndaşına hücum edilib.

Unikal.org haberler.com-a  istinadən xəbər verir ki,  hadisə  Çorum şəhərində qeydə  alınıb. Belə  ki,  gecə saatlarında Kadeş Barış meydanında iki nəfər arasında başlayan mübahisə daha sonradan davaya çönüb.

Nəticədə, azərbaycanlı U.Yusifov bıçaqlanıb. Yaralı ətrafdakı insanların köməyi  ilə xəstəxanaya aparılıb. İnsidenti  törədən 1 nəfər  polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.