Gecə saatlarında Sudanda dövlət çevrilişi baş verib.
Unikal.org xəbər verir ki, hərbçilərin təşkilatçılığı ilə həyata keçirilən çevrilişdə Baş nazir Abdullah Həmdükün iqamətgahına basqın edilb. Nəticədə Baş nazir əsgərlər tərəfindən həbs edilib.
Qiyamçılar Abdullahla yanaşı, digər 4 nazirin evinə basqın edərək, onları da həbs ediblər. 5 nazirin saxlanıldığı çevriliş cəhdi xalqın ayağa qalxmasına səbəb olub. Yüzlərlə sudanlı Baş nazirin iqamətgahının önündə etiraz nümayişi keçiriblər.
Ordu paytaxtda yolları və körpüləri bağlayıb. Hadisədən sonra Sudanın Məlumat Nazirliyi məlumat yayıb.
"Suverenlik Şurasının bəzi üzvləri və keçid hökumətinin bəzi nazirləri hərbçilər tərəfindən nəzarətə alındı",- deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, 21 sentyabr tarixində də ölkədə hərbçilər dövlət çevrilişinə cəhd etmişdi. Lakin cəhdin qarşısı alınmış, 40-a yaxın zabit həbs edilmişdi.
Gülayə Mecid