"Ermənistan silahlı qüvvələrini təcavüz üçün deyil, aqressiyadan qorunmaq üçün inkişaf etdirib islahatlar aparacaq".
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə 2022-ci ilin büdcə layihəsini təqdim edərkən deyib.
Paşinyan hesab edir ki, bu bölgədə kommunikasiyanın bərpası, blokadanın açılması Ermənistan iqtisadiyyatının məzmununu və strukturunu keyfiyyətcə dəyişə, uzunmüddətli inklüziv iqtisadi artımı təmin edə bilər.