Liviyanın Tərhuna şəhərində Liviya Hərbi Hava Qüvvələrinə məxsus milyonlarla nağd pulu daşıyan helikopterin qəzaya uğrayıb.  

Unikal.org xəbər verir ki, Mi-17 tipli helikopter külli miqdarda nağd pulla futbol meydançasına enərkən qəza törədib, helikopterdə olan iki nəfər yaralanıb. Qəza nəticəsində helikopter yararsız hala düşsə də, külli miqdarda pulun taleyi ilə bağlı məlumat verilməyib.