Estoniyada yalnız peyvənd olunmuşlar və koronavirusdan sağalanlar bazar ertəsindən ictimai yerlərə baş çəkə bilərlər. 

Unikal.org xəbər verir ki, oktyabrın 25-dən Estoniyada koronavirusun yayılmasının məhdudlaşdırılması üçün yeni tədbirlər həyata keçirilir. Hökumətin qərarına əsasən, peyvənd olunmamış sakinlər COVID-19 testi  neqativ olsa belə, bir sıra ictimai yerlərə, o cümlədən idman klublarına, iaşə obyektlərinə, teatrlara, kinoteatrlara, spa mərkəzlərinə və s. buraxəla bilməzlər.  

Estoniyada da maska ​​taxmaq tələbləri sərtləşdirilir. Satıcılar və xidmət göstərənlər ziyarətçilərin ticarət mərkəzlərinə və mağazalara maskasız daxil olmasına icazə verməməlidirlər.