Yunanıstanda polisin dayan xəbərdarlığına tabe olmayan 16 və  20 yaşlı oğrular güllələnib.  

Unikal.org xəbər verir ki, hadisə  paytaxt Afinada qeydə  alınıb. Silahlı insident  nəticəsində 20  yaşlı oğru həyatını  itirib. 16 yaşlı yeniyetmə isə  ağır  vəziyyətdə  xəstəxanaya  yerləşdirilib.  Polisin maşın oğrularını  güllələməsi  xəbəri yunanlıları qəzəbləndirib.  Belə  ki,  onlarla  afinalı  küçələrə  axışaraq, polislərin  zorakılığına qarşı etiraz aksiyası keçirib. 

Etirazın qarşısını  almaq istəyən polislərlə  insanlar  arasında qarşıdurma yaranıb. Əraziyə  zirehli polis  maşınları  və  çox sayda polis  əməkdaşları  cəlb olunub. 

Gülayə  Mecid