Cənubi Koreya Respublikasının keçmiş Prezidenti Ro De U (Roh Tae-woo) 88 yaşında vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə "Yonhap" agentliyi yazır.

Ro De U 1988-ci ilin fevralından 1993-cü ilin fevral ayıınadək dövlət başçısı vəzifəsində çalışıb. Onun bu vəzifəyə namizədliyi Demokratik Liberal Partiyasından irəli sürülüb. Ro De U ölkənin 5 il müddətinə təkrar seçilmək hüququ olmadan seçilən ilk prezidenti olub.