Gürcüstanda ötən sutkada koronavirusa 4 762 yeni yoluxma faktı qeydə alınıb, 3 953 nəfər müalicə olunaraq sağalıb, 43 pasiyent vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 698 944 nəfər yoluxub. Onların 639 564-ü sağalıb, 9 831-i dünyasını dəyişib.
Bu günə olan aktiv xəstə sayı 49 523 nəfərdir.