Ermənitanın Tavuş vilayətində yol qəzası baş verib.

Unikal.org erməni  KİV-ə  istinadən xəbər evrir ki, hadisə Berd-Çəmbərək yolunda qeydə alınıb.

Belə ki, “UAZ” markalı avtomobil dərəyə aşıb. Nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.