Antalyada sərxoş sürücü naviqatoru izləyərkən yolu itirdiyi üçün parka girib. 

Unikal.org xəbər verir ki, çıxışın olmadığını görən sürücü inadkarlıq edərək maşını ilə pilləkənlərlə enmək istəyib. Daha sonra nəqliyyat vasitəsi pilləkənlərdə ilişib qalıb. 

Əraziyə gələn polis sürücünün içkili olub-olmamasını yoxladıqdan sonra onun sərxoş olduğu aydın olub. Sözügedən şəxs isə açıqlamasında gedəcəyi yerin xəritədə o yoldan keçdiyini əsas gətirərək bu addımı atdığını deyib. 

Ağarza Elçinoğlu