ABŞ-da koronavirus peyvəndi ilə bağlı diqqətəlayiq bir araşdırma aparılıb. Belə ki, ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzləri 9 səhiyyə müəssisəsi ilə birgə apardıqları araşdırmanın hesabatını dərc edib.
Unikal.org xəbər verir ki, tədqiqata görə, peyvənd olunanların koronavirusdan başqa səbəblərdən ölüm nisbəti peyvənd olunmayanlara nisbətən daha aşağıdır. Həmçinin vaksinin koronavirusa qarşı effektiv və təhlükəsiz olduğu bir daha vurğulanıb.
Müvafiq olaraq, "Pfizer/Biontech" peyvəndinin iki dozasını alanların, almayanlara nisbətən koronavirusdan başqa səbəblərdən ölmə riski 34 faiz azdır.
Tədqiqat çərçivəsində koronavirus peyvəndinin təsirli və təhlükəsiz olduğu bir daha təsdiqlənib.