Rusiyanın paytaxtı Moskvada müflis olmuş “Smolensk Bank”ın keçmiş top meneceri Mixail Yaxontov və onun ailə üzvləri qətlə yetirilib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın qərbində yerləşən mənzildə meyiti aşkarlananlar Mixail Yaxontov, onun arvası və 8 yaşlı oğlu olub.

Hazırda qətlin motivi və təfərrüatları araşdırılır.

İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsindən bildirib ki, oktyabrın 26-da günorta saatlarında Mosfilmovskaya küçəsindəki yaşayış binasında yerləşən mənzildə üzərlərində zorakılıq əlamətləri olan qadın, kişi və azyaşlı uşağın meyitləri tapılıb.

İki və daha çox şəxsin qətlə yetirilməsi faktı üzrə cinayət işi başlanıb.

Moskva prokurorluğundan bildirilib ki, ölən kişinin 57, qadının 39, uşağın isə 8 yaşı var.