Albaniyanın Kruya şəhərində 300 nəfər kəskin zəhərlənmə ilə xəstəxanaya müraciət edib.
Unikal.org-un məlumatına görə, onların əksəriyyərti xəstəxanaya yerləşdirilib.
Sakinlərin içməli sudan zəhərləndiyi ehtimal edilir. Hazırda insidentlə bağlı araşdırmalar aparılır.
Albaniyanın səhiyyə naziri Ogerta Manastirliu və səhiyyə baş müfəttişi Kruya şəhərinə gedib.