Ermənistanın dövlət borcu artaraq 9 milyard dolları ötüb.
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, sentyabrın 30-na olan məlumata əsasən, Ermənistanın dövlət borcu 9 milyard 31 milyon dollar və yaxud 4 trilyon 369 milyard dram təşkil edib.
Bildirilir ki, avqust ayı ilə müqayisədə dövlət borcu 86 milyon dollar artıb. Bu borc il ərzində isə 1 milyard 184 milyon dollara yüksəlib.
Həmçinin qeyd olunur ki, dövlət borcunun böyük hissəsini xarici dövlət borcu təşkil edir ki, bu da 8 milyard 564 milyon dollardır.